Kapital Bank daxili ipoteka kreditinin faizini endirib (FOTO)

Kapital Bank evi olmayanlara və mənzilini yeniləmək istəyənlərə
endirimli şərtlərlə daxili ipoteka krediti təklif edir. Artıq ev
almaq arzusunda olanlar illik 5%-dən başlayan şərtlərlə ipoteka
krediti əldə edə bilərlər. Bunun üçün xüsusi bir limitin
ayrılacağını gözləməyə ehtiyac yoxdur. Hazırda bazarda ən sərfəli
şərt olan bu təklifdən dərhal yararlanmaq mümkündür.

İpoteka kreditinin minimal məbləği 30 000, maksimal məbləği isə
500 000 manat təşkil edir, müddəti isə 1 ildən 20 ilədək dəyişir.
Minimal ilkin ödəniş 30%, Kapital Bank-ın partnyor şirkətlərində
isə 20%-dir. Daxili ipoteka kreditini əlavə vaxt itkisi olmadan
https://ipoteka.kapitalbank.az/
portalı vasitəsilə müraciət etməklə, həm rəsmi, həm də digər
gəlirləri olan şəxslər sürətli şəkildə əldə edə bilərlər.

Eyni zamanda dövlət ipotekası kimi illik 8%-lə 10 il müddətə də
ev sahibi olmaq mümkündür. Müştərilər ipoteka üzrə müraciətlərini
(+994 50) 999 81 96 WhatsApp nömrəsinə ünvanlaya bilərlər.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir
və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi
ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə
daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Daxili ipoteka krediti
sifarişi üçün – https://ipoteka.kapitalbank.az/,
Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi
üçün – https://kbl.az/tkstcrd.

Teqlər: