Kann Film Festivalının qalibi məlum olub

75-ci Kann Film Festivalının əsas mükafatı olan “Qızıl Palma
budağı”nın qalibi isveçli rejissor Ruben Estlundun “Kədər üçbucağı”
filmi olub.

AzerTimes-ın
məlumatına görə, ikinci əhəmiyyət baxımından mükafatı – festivalın
Qran Prisini Lukas Dontun “Yaxın” filmi alıb.

Cənubi Koreyalı rejissor Banq Çanq Vuk “Getmək qərarı” filminə
görə “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Festivalın 75 illiyi üçün xüsusi mükafat Darden qardaşlarının
“Tori və Lokita” filminə verilib.

Qeyd edək ki, mayın 17-dən 28-dək 75-ci Beynəlxalq Kann Film
Festivalı keçirilib.