“Real Madrid” tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub

İspaniyanın “Real Madrid” futbol klubu Çempionlar Liqasının
finalında İngiltərənin “Liverpul” klubunu məğlub edərək tarixində
14-cü dəfə turnirin qalibi olub.

AzerTimes-ın
məlumatına görə, Parisdə “Stad de Frans” stadionunda keçirilən
görüş 1:0 hesabı ilə başa çatıb.

Yeganə qolu “Real Madrid”in hücumçusu Vinisius (59-cu dəqiqə)
vurub.

“Real Madrid” 17-ci dəfə Çempionlar Liqasının finalında çıxış
edərək rekord göstərici əldə edib. Madrid klubu 14-cü dəfə
Çempionlar Liqasının qalibi olub.

Teqlər: