Kanadanın baş naziri “Tokio-2020″yə getməkdən imtina edib

Kanadanın baş naziri Castin Trüdo Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiyaya səfər etmək planlarından imtina edib.

AzerTimes-ın “Kyodo” agentliyinə istinadən verdiyi məlumata görə, C.Trüdonun səfərdən imtina etməsi Oyunların təşkilatçılarının yarışmanı Tokioda və digər bir sıra əyalətlərdə tamaşaçısız keçirmək qərarı ilə əlaqədardır.


Qeyd edək ki, Tokio Olimpiadasi 24 iyul-9 avqust 2020-ci il tarixlərində keçirilməli idi. Ancaq pandemiya səbəbindən yarışlar bir il təxirə salındı ​​və 23 iyul – 8 avqust 2021-ci il tarixlərində keçiriləcək. Təşkilatçılar Oyunların xarici azarkeşlər olmadan keçirilməsinə qərar veriblər, yerli tamaşaçılar da Tokio da daxil olmaqla 6 əyalətdə keçiriləcək tədbirlərə buraxılmayacaqlar.