Braziliyada koronavirusdan ölənlərin sayı 535 mini ötüb

Braziliyada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 45 022 nəfər yoluxub.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 19 151 993 nəfərə çatıb.

Bildirilir ki, ötən sutka ərzində koronavirusdan 1 605 nəfər ölüb, ölənlərin ümumi sayı 535 838 nəfər təşkil edir.