Çində mehmanxana binasının çökməsi nəticəsində ölənlərin sayı 17-yə çatıb

Çinin Tszyansu əyalətində mehmanxana binasının çökməsi nəticəsində ölənlərin sayı artıb.

AzerTimes-ın “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Suçjou şəhərinin Utszyan rayonunun rəhbərliyinin “WeChat” sosial şəbəkəsindəki rəsmi səhifəsində deyilir.

Məlumata əsasən, bina çökən zaman mehmanxanada 23 nəfər olub. Hadisə nəticəsində 17 nəfər ölüb, 5 nəfər yaralanıb, 1 nəfər isə xəsarət almayıb.

Qeyd edək ki, mehmanxana binasının çökməsi iyulun 12-si baş verib. Binanın çökmə səbibi araşdırılır.