Kanadada təyyarə qəzaya uğrayıb

Kanadanın paytaxtı Ottava şəhərinin qərbində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

AzerTimes-ın “CTV” telekanalına istinadən verdiyi məlumata görə, insident Karp hava limanı yaxınlığında baş verib. Telekanalın məlumatına əsasən, ikinəfərlik “Blackshape BS100” təyyarəsi meşə ərazisinə düşüb və daha sonra alışıb.

Bildirilir ki, yanğınsöndürənlər təyyarəni aşkarlayıblar və yanğını söndürüblər.

Qəza inəticəsində ölən və xəsarət alanlar barədə məlumat verilmir.