Fransada koronavirusa yoluxanların sayı 3,85 milyon nəfəri ötüb

Fransada ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 25 387 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 3 385 622 nəfərə çatıb.

Məlumata əsasən, ötən sutka koronavirusdan 296 nəfər ölüb, ölənlərin ümumi sayı 80 443 nəfər təşkil edir.

Bildirilir ki, koronavirusa qarşı vaksinasiya kampaniyası çərçivəsində 2 056 572 nəfər Fransa vətəndaşı vaksinasiya olunub.