Kanadada gecə klubunda atışma olub, ölən var

Kanadanın Alberta ştatının Kalqari şəhərində atışma nəticəsində bir nəfər həlak olub.

Trend “TASS”a istinadən xəbər verir ki, bu barədə “CTV” kanalı məlumat yayıb.

Hadisə yerli gecə klublarından birinin yaxınlığında baş verib. Atışma barədə çağırışa gələn polislər hadisə yerində iki odlu silahdan yaralanan kişi tapıblar. Onlardan biri, təxminən 30 yaşlarında xəstəxanaya aparılarkən keçinib.

İstintaq aparılır.

Teqlər: