Braziliya Kolumbiya yığmaları heç-heçə oynadılar

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Kolumbiya millisi Braziliya komandası ilə qarşılaşıb.

AzerTimes-ın məlumatına görə, görüş Barrankilya şəhərində baş tutub və 0:0 hesabı ilə başa çatıb.

Braziliya 10 oyundan sonra 28 xalla turnir cədvəlində liderdir. Kolumbiyalıların 11 matçdan 15 xalı var və beşinci yerdə qərarlaşıblar.


Braziliyalılar növbəti oyunu oktyabrın 15-də öz meydançalarında Uruqvaya qarşı keçirəcəklər. Kolumbiyalılar bir gün əvvəl Ekvador millisini qəbul edəcəklər.

Teqlər: