Avstriyada koronavirusa yoluxanların sayı 2 milyonu keçib

Avstriyada ötən sutka ərzində koronavirusa 32 258 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 2 027 604 nəfərə çatıb.

Bundan əlavə, son sutka koronavirusdan 22 nəfər, hazırkı dövrədək isə 14 214 nəfər vəfat edib.