Kanadada atışma baş verib, ölən var

Kanadanın Toronto şəhərində atışma nəticəsində 1 nəfər ölüb, 1
nəfər yaralanıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “CTV News” televiziya kanalı xəbər
verib.

Hadisə şəhərin şərq hissəsindəki parkinq yerlərinin birində baş
verib. Atışma siqnalına gələn polis iki nəfərin güllə yarası ilə
tapıb, onlardan biri xəstəxanada ölüb, ikincinin heyətina təhlükə
yoxdur.