“Portu” 30-cu dəfə Portuqaliya Futbol Çempionatının qalibi oldu

Portuqaliya Futbol Çempionatının 33-cü tur çərçivəsində səfərdə
“Benfika” komandasını 1:0 hesabı ilə məğlub edən “Portu” klubu
vaxtından əvvəl turnirin qalibi olub.

AzerTimes-ın
məlumatına görə, oyunun yeganə qolunu ikinci hissəyə əlavə edilmiş
altıncı dəqiqədə Zaid Sanusi vurub.

“Portu” 33 matçda 86 xal toplayıb və 32 oyundan sonra 79 xalı
olan ikinci yerdə qərarlaşan “Sportinq Lissabon” üçün əlçatmaz
olub. “Benfika” 72 xalla üçüncü yeri təmin edib.

Teqlər: