Sakit okeanda, Kamçatka yarımadasının yaxınlığında 5,1 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın məlumatına görə, bu barədə “İnterfaks”a Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətindən bildiriblər.
“Bazar ertəsi yerli vaxtla saat 10:14-də (Bakı vaxtı ilə saat 02:14) 5,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Petropavlovsk-Kamçatsk şəhərindən 197 kilometr şərqdə, ocağı isə 49 kilometr dərinlikdə yerləşib”, – deyə Xidmətdən bildiriblər.
Sunami təhlükəsi elan edilməyib, yaxınlıqdakı yaşayış məntəqələrinin sakinləri yeraltı təkanları hiss etməyiblər.