San-Pauluda leysan yağışları 18 nəfərin ölümünə səbəb olub

Braziliyanın cənub-şərqində, San-Paulu ştatında gecə saatlarında yağan leysan yağışları nəticəsində azı 18 nəfər ölüb.

AzerTimes-ın “TASS”a istinadən evrdiyi məlumata görə, bu barədə özünün “Twitter” səhifəsində ştatın qubernatoru Joau Doria yazıb.

“San-Pauluda leysan yağışların vurduğu ziyandan dərin kədərləndim. Ölən 18 nəfərin ailələrinə və yaxınlarına başsağlığı verirəm. Biz xilasetmə əməliyyatı aparırıq, zərərçəkənlərə yardım üçün vəsait ayırmışam”, – deyə qubernator bildirib.


“Globo” telekanalının məlumatına əsasən, leysan yağışları daşqınlara və torpaq sürüşməsinə səbəb olub, bu da ştatın bir sıra bələdiyyələrində yaşayış binalarının çökməsi ilə nəticələnib. Yerli hakimiyyət orqanlarının sözlərinə görə, 12 saat ərzində bəzi ərazilərə təxminən 115 mm yağıntı düşüb. Ştatın eyniadlı paytaxtında ağır vəziyyətlə əlaqədar bazar günü koronavirus infeksiyasına qarşı peyvənd kampaniyası dayandırılıb.