Kaliforniyanın yəhudi icması Azərbaycana təşəkkür edib

ABŞ-ın Kaliforniya ştatının San-Xose şəhərindəki “Chabad
House-Almaden Valley” sinaqoqunun ravvini Mendel Vaynfeld məbədin
bərpasında dəstəyə görə Azərbaycana təşəkkür edib.

Trend-in “Jewish News of Northern California” xəbər agentliyinə istinadən
məlumatına görə, yanvarın 27-də Azərbaycanın Los-Ancelesdəki baş
konsulu Nəsimi Ağayev ötən ilin dekabrında yanğın baş vermiş
sinaqoqun bərpası üçün maliyyə vəsaitinin ayrılması barədə tapşırıq
verib.

Baş konsulla telefon danışığı zamanı M.Vaynfeld bərpa üçün
ayrılan vəsaitə görə təşəkkürünü bildirib.

Xatırladaq ki, yanğın ötən il dekabrın 22-də sinaqoqun binasına
ciddi ziyan vurmuşdu.

Teqlər: