Apteklərdə monitorinq keçirilib, 58 adda dərman müsadirə olunub

Xəbər - Humay Ağacanova – Trend:

Bakı şəhəri üzrə – 22, digər rayonlar üzrə 8 aptek olmaqla 30
aptekdə planlı və plandan kənar yoxlamalar həyata keçirilib.

Bu barədə Trend-ə Analitik Ekspertiza Mərkəzindən məlumat
verilib.

Qeyd edilib ki, müsadirə edilmiş qeydiyyatsız və sertifikatsız
dərman vasitələrinin sayı 58 adda, 90.4 qutu təşkil edib və
İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3
maddələri üzrə 19 protokol tərtib edilib.

Teqlər: