Kafe və restoranlara yeni tələblər qoyulacaq

Qida məhsullarının satışı və istehlakı zamanı onların
təhlükəsizliyinə dair yeni tələblər müəyyən edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Qida təhlükəsizliyi”
haqqında yeni qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsində qeyd edilir ki, qida məhsullarının istehlak
olunduğu ictimai iaşə obyektləri qida təhlükəsizliyi sahəsində
nəzərdə tutulmuş tələbləri yerinə yetirdikdən və müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
qeydiyyata alındıqdan və ya təsdiq edildikdən sonra qida
məhsullarını istehlakçılara təqdim edə bilərlər.
Qida subyektləri qida məhsullarının istehlak olunduğu ictimai iaşə
və xidmət obyektlərində HACCP-a (qida təhlükəsizliyinə və
keyfiyyətinə nəzarət sistemi) əsaslanan prosedurları tətbiq etməli
və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə daxili nəzarət
sisteminə malik olmalıdırlar.

Qanun layihəsi səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul
edilib.

Teqlər: