Kabil hava limanı “Taliban”nın nəzarətinə keçib

Əfqanıstanın Kabil hava limanı tamamilə “Taliban” hərəkatının nəzarətinə keçib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Al Jazeera” televiziya kanalı hərəkatın rəhbərliyindən olan mənbələrə istinadən bildirib.


“Taliban”nın nümayəndəsi qeyd edib: “ABŞ Silahlı Qüvvələri Kabil hava limanını tərk etdikdən sonra ora tamamilə nəzarətimizə keçib”.