Hacıqabulda ağır yol qəzası baş verib

Xəbər - Trend:

Hacıqabul rayonunda ağır yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən AzerTimes-a verilən məlumatına görə, Hacıqabul rayonunda “Mercedes” markalı iki minik avtomobili toqquşub.


Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobillərdən birində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 2 nəfəri və 1 nəfərin meyitini (şəxsiyyəti dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: