Japarov Piterə getməmişdi: Putinlə Astanada görüşəcək

Japarov Piterə getməmişdi: Putinlə Astanada görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammitindən əvvəl Qırğızıstan Prezidenti Sadır Japarovla telefonla danışıb.

AzerTimes xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

“Sammitdən əvvəl Prezident Putin Sadır Japarovla telefonla danışıb. Onlar ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə ediblər. Qərara gəliblər ki, Astanada keçiriləcək sammitdə görüşsünlər”, – Peskov bildirib.

Qeyd edək ki, oktyabrın 7-də Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi sammitində Qırğızıstan prezidenti iştirak etməmişdi.

Teqlər: