Britaniya bu haubitsaların istehsalını artırır

Britaniya bu haubitsaların istehsalını artırır

Britaniyanın “BAE Systems” şirkəti Ukraynadakı müharibə səbəbindən M777 haubitsalarının istehsalını artırmaq niyyətindədir.

AzerTimes xəbər verir ki, bu barədə “Uol Strit Jurnal” məlumat yayıb.

“Şirkət bildirib ki, hazırda istehsalın bərpası məsələsində ABŞ ordusu ilə danışıqlar gedir. ABŞ hökuməti istənilən xaricə satışı təsdiqləməlidir”, – məlumatda qeyd olunub.

Teqlər: