İTV-nin baş direktorunun səlahiyyət müddəti bitib

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş
direktorunun səlahiyyət müddəti bitib.

Bu barədə AzerTimes-a Audiovizual Şuradan məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Audiovizual Şurası
İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun
səlahiyyət müddətinin bitməsi ilə əlaqədar olaraq bu vəzifəyə
seçilmək üçün namizədin müəyyənləşdirilməsi məqsədi ilə sənəd
qəbulu elan edir.

Namizədlərə dair şərtlər:

Namizəd Azərbaycan Respublikasının vətəndaşı olmalıdır.

Namizəd ali təhsilli olmalıdır.

Əvvəllər ağır və ya xüsusi ağır cinayətlərə, habelə ictimai
mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə
məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi məhkəmə
tərəfindən təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə
bilməzlər.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru
vəzifəsinə namizədlər aşağıdakı sənədləri 06 May 2022-ci il
tarixdən 15 May 2022-ci il tarixədək Azərbaycan Respublikası
Audiovizual Şurasına (ünvan: Bakı şəhəri, A.M. Şərifzadə küçəsi
315; telefon: 012-598-36-59) təqdim etməlidirlər:

Ərizə;
Tərcümeyi-hal;
Şəxsiyyət vəsiqəsinin surəti;
Əmək kitabçasının surəti;
Kadrların şəxsi uçot vərəqi (doldurulmalı və üzərinə fotoşəkil
vurulmalı);
Ali təhsil haqqında dövlət sənədinin (diplomun) surəti.

Teqlər: