İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di
Mayo bu gün Azərbaycana gələcək.
Trend-in
məlumatına görə, bu barədə İtaliya XİN-in açıqlamasında
deyilir.
Bildirilir ki, Bakıya səfər nazir Luici Di Mayonun təşviq etdiyi
enerji diplomatiyası sahəsindəki fəaliyyətin bir hissəsidir. Bu
fəaliyyət böyük potensiala malik etibarlı tərəfdaşlarla mövcud
əməkdaşlığı gücləndirməklə energetikanın şaxələndirilməsi
prosesinin sürətləndirilməsinə yönəlib.
“İtaliyanın xarici işlər naziri Azərbaycanın xarici işlər naziri
Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazovla görüşlərdə
iki ölkəni birləşdirən strateji infrastruktur olan Trans-Adriatik
Qaz Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz tədarükünün
mümkün artırılmasını müzakirə edəcək <… >.
Nazir Luici Di Mayo həmsöhbətləri ilə ikitərəfli və regional
gündəliyin əsas məsələlərini də nəzərdən keçirəcək və həmkarı
C.Bayramovla çoxşaxəli ikitərəfli Strateji Dialoqun ilk iclasına
həmsədrlik edəcək”, – deyə açıqlamada bildirilir.
Bundan əlavə, L.Di Mayo Ukraynada atəşkəsin vacibliyini müzakirə
etməyi planlaşdırır.
Səfər zamanıXİN rəhbərini İtaliyanın Xarici İşlər və Beynəlxalq
Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano müşayiət
edəcək.