Ramazan ayının ilk gününün duası – İmsak və iftar vaxtı

Bu gün Ramazan ayının 1-ci günüdür.

Trend xəbər
verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan
təqviminə əsasən, aprelin 2-də Bakıda imsak saat 04:56, iftar isə
saat 19:20-dədir.

Ramazan ayının 1-ci gününün duası:

Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi
qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li
cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən
ənil-mücrimin.

Tərcüməsi:

İlahi, bu ayda tutduğum orucu həqiqi oruc tutanların orucundan,
gecələr oyaq qalmaqla etdiyim ibadətləri əsil gecə ibadətçilərinin
ibadətindən qərar ver. Məni bu ayda qafillərin getdiyi yuxudan uzaq
et. Bu ayda günahlarımdan keç, ey aləmlərin tanrısı. Məni bağışla,
ey günahkarları bağışlayan!

Allah orucunuzu qəbul etsin!

Ramazan
ayının təqvimi

Teqlər: