BMT baş katibinin müavini Moskvaya səfər edəcək

BMT-nin baş katibinin müavini Martin Qriffits Ukraynadakı
humanitar vəziyyəti müzakirə etmək üçün aprelin 3-də Moskvaya səfər
edəcək.

AzerTimes-ın məlumatına görə, bunu BMT-nin baş katibi Antoniu
Quterreş deyib.

“Martin Qriffits bazar günü Moskvaya yola düşəcək, daha sonra
Kiyevə səfər edəcək”, – deyə A.Quterreş bildirib.