İtaliyada omikron və delta ştamlarını birləşdirən yeni variant aşkarlanıb

İtaliyada koronavirusun həm omikron, həm də delta ştamlarını
birləşdirən yeni variantı aşkar edilib.

Trend-in
məlumatına görə, həmin variant təxminən iki ay əvvəl yoluxmuş
şəxsdə müəyyən edilib.

Qeyd olunur ki, digər xəstəliklərdən də əziyyət çəkən 50 yaşlı
şəxs koronavirusa yoluxduqdan sonra həyatını itirib.

İtaliyanın Emiliya-Romanya vilayətində laboratoriyaların birində
aparılan araşdırma bu növün yeni variant olduğunu üzə çıxarıb.
Koronavirusun yeni növünə “Xf” adı verilib.