İsveçrəli keçmiş deputat Ukrayna ordusuna qoşulur

İsveçrəli keçmiş deputat Ukrayna ordusuna qoşulur

İsveçdən olan keçmiş deputat Karolina Nordenqrip Ukrayna Silahlı Qüvvələri ilə müqavilə imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə Nordenqrip öz Instaqram hesabında məlumat yayıb.

Çavuş rütbəsində olan xanım Beynəlxalq Legionun sıralarında Ukraynanı müdafiə edəcək.

“Bu, mənim üçün aydın idi. Mən bu müharibə haqqında o qədər çox şey öyrəndim ki, mən müdafiə komitəsinin tərkibində olarkən müharibə başlayanda dərhal hiss etdim ki, mən öz işimi görməliyəm”, – Karolina Nordenqrip bildirib.

Teqlər: