İsveçrə 25 “Leopard”ı Almaniyaya yenidən satır

İsveçrə 25 “Leopard”ı Almaniyaya yenidən satır

İsveçrə Federal Şurası yaxın vaxtlarda istismardan çıxarılan 25 “Leopard” tankının Almaniyaya yenidən satılması ilə bağlı qərar qəbul edəcək.

AzerTimes xəbər verir ki, bunu İsveçrə xarici işlər naziri İnyatsio Kassis deyib.

“Parlament burada mühüm qərar verəcək. Federal Şura hələ heç bir mövqe tutmayıb. O, ən qısa zamanda bu məsələyə baxacaq”, – nazir bildirib.

Teqlər: