İsrail iordaniyalı deputatı ölkəsinə təhvil verdi

İsrail iordaniyalı deputatı ölkəsinə təhvil verdi

İsrail işğal altındakı İordan çayının qərb sahilinə qaçaqmalçılıq yolu ilə silah keçirməyə cəhddə şübhəli bilinərək saxlanılan iordaniyalı deputat İmad Əl Advanı ölkəsinə təhvil verib.

AzerTimes xəbər verir ki, bu barədə İsrailin Şin Bet kəşfiyyat idarəsi məlumat yayıb.

İdarədən bildirilib ki, aprelin 22-də saxlanılan deputat İsrailin nəzarət etdiyi sərhəd məntəqəsində İordaniya təhlükəsizlik qüvvələrinə təhvil verilib.

Onun barəsində istintaqı bundan sonra İordaniya hüquq-mühafizə orqanları aparacaq.

Teqlər: