İsveç PKK terrorçusunu Türkiyəyə göndərir

İsveç PKK terrorçusunu Türkiyəyə göndərir

İsveç Ali Məhkəməsi PKK terrorçusunu Türkiyəyə ekstradisiya etmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, bu barədə İsveçin “Aftonbladet” qəzeti məlumat yayıb.

“Ali Məhkəmə PKK terrorçusunun ekstradisiyasını təsdiqləyib. Məhkəmədən sonra İsveç hökuməti ekstradisiya ilə bağlı qərar verməlidir”, – məlumatda deyilib.

Qeyd edək ki, ekstradisiya ediləcək şəxs 2022-ci ilin avqustunda İsveçdə həbs edilmiş 35 yaşlı kişidir. Həbs Türkiyənin Adana Baş Prokurorluğunun sorğusu əsasında həyata keçirilib.

Teqlər: