Almaniya Ukraynaya daha 20 “Marder” göndərir

Almaniya Ukraynaya daha 20 “Marder” göndərir

“Rheinmetall” şirkəti Ukraynaya göndərmək üçün 20 ədəd “Marder” PDM-inin hazırlanması barədə Almaniya Müdafiə Nazirliyindən sifariş alıb.

AzerTimes xəbər verir ki, bu barədə RND məlumat yayıb.

Məlumata görə, bu günə qədər Ukrayna artıq 40 ədəd “Marder” zirehli maşın alıb.

Bildirilir ki, iyulun sonunadək “Hepard” özüyeriyən zenit sistemləri üçün 10 min ədəd 35 mm çaplı sursatın ilk partiyası da Ukraynaya göndəriləcək.

Teqlər: