İstismar aktına görə rüsum alınacaq elektrik qurğuları müəyyənləşib

150 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış
aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” qanunu ilə
müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.

AzerTimes-ın
məlumatına görə, bununla bağlı Nazirlər Kabineti “İstehlakçıların
elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və
enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nda dəyişiklik
edib.