İstanbulda İŞİD rəhbərlərindən biri saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD terror qruplaşmasının rəhbərlərindən birini saxlayıblar.

AzerTimes-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, saxlanılan şəxs iki il öncə məhv edilən İŞİD-in rəhbəri Əbu Bəkr Əl-Bağdadinin “sağ əli” olub.

Bildirilir ki, terrorçunun saxlanılması üzrə əməliyyat İstanbulda polislər və milli kəşfiyyat təşkilatının əməkdaşları tərəfindən keçirilib.