Brüsseldə keçirilən etiraz aksiyası zamanı 132 nəfər saxlanılıb

Belçikanın paytaxtı Brüsseldə koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərə qarşı etiraz aksiyası keçirilib.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, etiraz aksiyası zamanı polis əməkdaşları tərəfindən 132 etirazçı saxlanılıb.

Məlumata əsasən, saxlanılanlardan 127-si inzibati qayda, 5-i isə məhkəmə qərarı ilə həbs edilib.

Bildirilir ki, ümumilikdə etiraz aksiyasında 2 minə yaxın insan iştirak edib.