İstanbulda avtobus 6 avtomobillə toqquşub (VİDEO)

Türkiyənin İstanbul şəhərində marşrut avtobusu hərəkət zamanı 6
avtomobillə toqquşub.

Trend-in
məlumatın görə, hadisə Kağıthane rayonunda baş verib.

Qeyd olunur ki, qəza sürücünün idarəetməni itirməsi nəticəsində
baş verib. İlkin məlumatlara görə, qəzaya sürücünün özünü pis hiss
etməsi səbəb olub.

Hadisə nəticəsində xəsarət alanlar olmayıb. Özünü pis hiss edən
sürücü həkimlərin ilkin yardımından sonra xəstəxanaya
yerləşdirilib.