Almaniyanın qərbində tornado nəticəsində onlarla insan xəsarət alıb

Almaniyanın qərbindəki federal vilayətlərində baş verən tornado
nəticəsində azı 30 nəfər xəsarət alıb.

AzerTimes-ın
məkumatına görə, bu barədə Şimali Reyn-Vestfaliyanın Paderborn
şəhər polisi bildirib.

Məlumata əsasən, hadisə nəticəsində 30-dan 40-a qədər insan
əlverişsiz hava şəraitindən xəsarətlər alıb, onlardan 10-u ağır
yaralanıb.

Paderbornun qərbində, Lippstadt şəhərində baş verən tornado
şəhər boyu ağacları yıxıb, güclü külək səbəbindən evlərin damları
uçub. Trirdə leysan yağışları küçələrin çaylara bənzəməyə
başlamasına səbəb olub.