Suriyanın Dəməşq vilayətində İsrailin hücumu nəticəsində 3 nəfər
həlak olub.
AzerTimes-ın
məlumatına görə, bu barədə “SANA” dövlət agentliyi xəbər verib.
Bildirilib ki, İsrail Silahlı Qüvvələri “yer-yer” raketlərindən
istifadə etməklə Dəməşqin cənubunda bir neçə məntəqəyə hücum
edib.
Hücum nəticəsində 3 nəfərin həlak olduğu, müəyyən qədər maddi
ziyan dəydiyi qeyd edilib.