İsrailin kənd təsərrüfatı naziri Azərbaycana gələcək

İsrailin kənd təsərrüfatı naziri Oded Forer bu həftə Azərbaycana
səfər edəcək.

Trend bu barədə
İsrailin Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, səfər çərçivəsində israilli nazirin azərbaycanlı
həmkarı İnam Kərimov və iqtisadiyyat naziri Mikayıl Cabbarovla
görüşləri planlaşdırılır.

Bundan başqa, Azərbaycan-İsrail bzines forumunun keçirilməsi
nəzərdə tutulur.

O.Forerin nümayəndə heyəti ilə birgə kənd təsərrüfatı sərgisinə,
aqrar mərkəzə baş çəkəcəyi, Azərbaycan biznes nümayəndələri ilə
görüşəcəyi gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: