İsrailin dövlət başçısı Prezident İlham Əliyevə zəng edib

Mayın 26-da İsrail Dövlətinin Prezidenti İsxak Hersoq Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Prezidentin Mətbuat xidmətindən AzerTimes-a məlumat verilib.

İsrail Dövlətinin Prezidenti qarşıdan gələn 28 May – Müstəqillik
Günü münasibətilə Prezident İlham Əliyevə təbriklərini
çatdırıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə İsrail
Dövlətinin Prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər Azərbaycan-İsrail əlaqələrinin inkişafından
məmnunluq ifadə edib, əməkdaşlığın bundan sonra da genişlənəcəyinə
ümidvar olduqlarını bildiriblər.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və
qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.

Teqlər: