İsrailin baş naziri Bəhreynin vəliəhdi ilə görüşüb

İsrailin baş naziri Naftali Bennet Bəhreynə ilk səfəri
çərçivəsində Krallığın baş naziri vəliəhd şahzadə Salman bin Həməd
bin İsa Al Xəlifə ilə görüşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə İsrailin baş nazirinin
mətbuat xidmətindən bildiriblər.

Xatırladaq ki, İsrailin baş naziri fevralın 14-ü tarixdə ilk
dəfə Bəhreynə rəsmi səfərə gəlib. Fevralın 15-i Naftali Bennet
Bəhreynin yəhudi icmasının liderləri, ABŞ-ın Beşinci Donanmasının
komandanı, vitse-admiral Bred Kuper, həmçinin Krallığın Xarici
İşlər Nazirliyinin rəhbəri Əbdüllətif bin Rəşid Al Zəyani və bir
sıra digər nazirlər ilə görüşlər keçirib.