Dünyada koronavirusdan ölənlərin sayı 4 faiz artıb – ÜST

Son bir həftə ərzində dünyada 16 milyondan çox insan koronavirus
infeksiyasına yoluxub, 74 mindən artıq insan isə koronavirusdan
ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə yoluxma
hallarının sayı 19 faiz azalıb, ölüm hallarının sayı isə 4 faiz
artıb.


“Fevralın 7-dən 13-dək koronavirusa 16 097 642 nəfər yoluxub, 74
494 nəfər isə koronavirusdan ölüb, bu isə öncəki həftə ilə
müqayisədə. Daha öncəki həftə ilə müqayisədə yoluxma hallarının
sayı 19 faiz azalıb, ölüm hallarının sayı isə 4 faiz artıb”, – deyə
bülletendə deyilir.

Qeyd edək ki, son sutka dünyada koronavirusa 1 469 326 yoluxma,
7 351 ölüm halı qeydə alınıb. Hazırkı dövrədək koronavirusa
yoluxanların sayı 412 351 279 nəfərə, ölənlərin sayı isə 5 821 004
nəfərə çatıb.