İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 363 nəfər yoluxub.
AzerTimes-ın “Sinxua”ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 834 070 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 821 748 nəfəri sağalıb, 6 236 nəfəri isə vəfat edib.