Qazaxıstanda son sutkada koronavirusa 2 054 nəfər yoluxub

Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 054 yoluxma halı qeydə alınıb.

AzerTimes-ın Kazinform-a istinadən verdiyi məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 253 107 nəfərə çatıb.


Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 223 835 nəfəri sağalıb, 3 092 nəfəri isə vəfat edib.