Çində ağır yol qəzası olub: 11 nəfər ölüb, 19 nəfər xəsarət alıb

Çinin şərqində sərnişin avtobusu yük avtomobili ilə toqquşub.

AzerTimes-ın “Sinxua” agentliyinə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində azı 11 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.


Məlumata əsasən, toqquşma Şenyan – Haykou avtomobil yolunda baş verib. Qəzanın səbəbi məlum deyil.