İsrail təyyəsi Bakıya təcili eniş etdi: ölən var

İsrail təyyəsi Bakıya təcili eniş etdi: ölən var

Təl-Əviv-Moskva (DME) marşrutu üzrə reys yerinə yetirən “El Al İsrael Airlines” aviaşirkətinin hava gəmisinin kapitanı sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar (ürəktutma) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili enmək üçün müraciət edib.

Bu barədə AzerTimes-a Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Qeyd olunub ki, təyyarə yerli vaxtla saat 12:44-də Bakı hava limanına enib.

Təəssüflər olsun ki, sərnişin uçuş zamanı vəfat edib.

Teqlər: