Avtobusda elektrik 10 nəfəri öldürdü

Avtobusda elektrik 10 nəfəri öldürdü

Hindistanın Qərbi Benqal əyalətində avtomobildə elektrik cərəyanı vurması nəticəsində azı 10 nəfər ölüb, 16 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə ANİ agentliyi polisə istinadən məlumat yayıb.

“Hadisə bazar günü axşam saatlarında Kuç Behar rayonunda baş verib. 27 sərnişini daşıyan mikroavtobusda qısaqapanma baş verib. Avtobusun sürücüsü qaçıb. Polis hadisəni araşdırır”, – məlumatda bildirilir.

Avtomobilin arxa hissəsində səs sistemi üçün quraşdırılan generatorun naqillərində problemin olması ehtimal edilir.

Teqlər: