İsrail Livanla tarixi sazişi imzaladı

İsrail Livanla tarixi sazişi imzaladı

Baş nazir Yair Lapid İsrailin danışıqlar qrupunun iştirakı ilə Livanla dəniz sərhədi ilə bağlı saziş imzalayıb.

AzerTimes xəbər verir ki, bu barədə İsrail hökumət başçısının mətbuat xidməti məlumat yayıb.

“Livanla dəniz sərhədinin demarkasiyasına dair sazişin imzalanması İsrailə Avropanın əsas qaz tədarükçüsünə çevrilməyə imkan verəcək”, – Lapid bildirib.

Artıq İsrail Energetika Nazirliyinin baş direktoru Liorom Şillatomun başçılıq etdiyi İsrail nümayəndə heyəti İsrail-Livan sərhədindəki Naqoura kəndinə yola düşüb. Burada ABŞ və BMT nümayəndələrinin iştirakı ilə ayrılıqda imzalanmış sənədlərin mübadiləsi baş tutacaq.

Teqlər: