246-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

246-cı gün: Rusiya Ukraynanın itkilərini açıqladı

Rusiya müharibənin 246-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 326 təyyarəsi, 163 helikopteri, 2353 PUA-sı, 383 zenit-raket kompleksi, 6104 tank və digər zirehli texnikası, 876 reaktiv yaylım atəş sistemi, 3531 artilleriya və minaatanı, 6805 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – məlumatda qeyd olunub.

Teqlər: