İsrail HHQ Qəzzada Fələstin qruplaşmalarının mövqelərinə zərbələr endirib

İsrail Hərbi Hava Qüvvələri (HHQ) Qəzza zolağında Fələstinin müqaviməti adanan bir neçə hədəfə zərbələr endirib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Al Arabiya” televiziya kanalı bildirib.

Məlumata əsasən, zərbələr Fələstin anklavının Xan-Yunis şəhəri yaxınlığında yerləşən qruplaşmanın bir neçə mövqələrinə endirilib.

Xüsusilə, Əl-Kadisiya müqavimət qalasına pilotsuz uçuş aparatları ilə 5 raket atılıb.